SON XƏBƏRLƏR

Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2021.10.20, 07:36
Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Gunaz.tv

GünAz TV: Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, iki ölkə lideri danışıq zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.


“Fransa Respublikasının Prezidenti bu gün günorta türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. İki lider İraqda baş vermiş son hadisələrdən sonra Yaxın Şərqdə artan gərginlik səbəbindən ümumi narahatlıqlarını dilə gətiriblər, həmçinin gərginliyin artmasından qaçmağın vacibliyini qeyd ediblər”, - deyə Yelisey sarayının yaydığı kommünikedə deyilir.


Məlumatda qeyd olunur ki, Macron İŞİD-lə mübarizənin prioritet məsələ olduğunu və Fransanın beynəlxalq koalisiyanın addımlarına tam sadiqliyini xatırladıb.


“Suriyaya gəlincə, respublika prezidenti İdlibdəki təhlükəsizlik vəziyyətindən və humanitar vəziyyətdən narahatlığını dilə gətirib”, - deyə məlumatda bildirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar