SON XƏBƏRLƏR

Ərdoğan və Tramp ikitərəfli əlaqələrlə yanaşı Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

2021.10.20, 07:36
Ərdoğan və Tramp ikitərəfli əlaqələrlə yanaşı Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

Gunaz.tv

GünAz TV: Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 2-də Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampla telefonla danışıb.

 

Türkiyə Prezident Aparatının Mətbuat Xidmətindən yayılan məlumata görə, telefon danışığında ikitərəfli məsələlərlə yanaşı Liviya və Suriyadakı son vəziyyət başda olmaqla regional mövzular müzakirə edilib.

 

Prezident Ərdoğan İraqda Amerikan təhlükəsizlik qüvvələrini hədəf alan hadisələri narahatlıq və kədərlə təqib etdiklərini bildirərək, ABŞ səfirliyinə yönəldilmiş hadisələrin başa çatmasından duyduğu məmnunluğu dilə gətirib.

 

Regional məsələlərin həllində diplomatiyanın əhəmiyyətini vurğulayan Ərdoğan və Tramp ikitərəfli əlaqələrdə isə birlikdə qazanmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə ediblər. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar