Ərdoğan: "Yunanıstan Lozanna müqaviləsini pozur"

2021-04-16 15:32

“Siz bizim Yunanıstanda 150 min soydaşımızın yaşaması üçün lazımi şərait yaratmırsınız”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Kərəm Aydınları məscidində qıldığı Cümə namazından sonra Yunanıstanın xarici işlər nazirinin Türkiyəyə səfərini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı Fənər rum keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb: "Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur".

Ərdoğan deyib ki, Yunanıstan Lozanna anlaşmasını pozur: "Yunanıstanda müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. 

Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham etmişdi. 

Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan etmişdi. (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İlham Əliyev: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq”

2021-05-10

gun az article

Ermənistan parlamenti buraxıldı

2021-05-10

gun az article

Türkiyə və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə ediblər

2021-05-10

gun az article

Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

2021-05-10

gun az article

DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib

2021-05-10

gun az article

Gürcüstanda müxalifət lideri azadlığa buraxılıb

2021-05-10

gun az article

Prezident Vətən Müharibəsi Şəhidlərinin məzarını ziyarət etdi

2021-05-10

gun az article

Azərbaycanda koronavirus mənzərəsi: Yoluxma sayı azaldı

2021-05-10

gun az article

Əsgər valideynləri Robert Koçaryanı qəbiristanlıqdan qovdu - VİDEO

2021-05-10

gun az article

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

2021-05-10

gun az article

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

2021-05-10

gun az article

Amerikan Dəniz Qüvvələri Ərəb dənizində İran silahlarını husilərə daşıyan gəmini saxlayıb - FOTOLAR

2021-05-10

gun az article

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

2021-05-10

gun az article

Türkiyə səfiri: “Anadoluda və Azərbaycanda qətliam törədənlər bunun qarşılığını 44 günlük müharibədə alıblar”

2021-05-10

gun az article

Paşinyanın maşın karvanında qəza: Qadın xəstəxanalıq oldu

2021-05-10

gun az article

Azərbaycan səfirliyi Fransa hökumətinə çağırış edib

2021-05-10

gun az article

İranda koronavirusdan daha 351 nəfər vəfat edib: Ölənlərin sayı 75 000 nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-05-10

gun az article

Sergey Lavrovun Azərbaycana səfər proqramı açıqlandı

2021-05-10

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: Polis əməkdaşı öldürüldü

2021-05-10

gun az article

Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı olub - FOTO

2021-05-10