SON XƏBƏRLƏR

Ərdoğandan Minsk qrupununa sərt tənqid

2021.10.20, 07:36
Ərdoğandan Minsk qrupununa sərt tənqid

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ANS-ə müsahibəsində deyib ki, "20 ildir münaqişəni həll edə bilməyən Minsk qrupu indi nəyi həll edəcək?"

 

Türkiyə ilə Ermənistanın münasibətləri Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bərpa edilməyəcək. Bunu ANS-ə müsahibəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

“Azərbaycanla Ermənistan arasındakı münasibətlər düzəlməzsə, Dağlıq Qarabağ münaqişəsi həllini tapmazsa, bizim də münasibətlərimizin həll edilməsi mümkün deyil. Əlbəttə, bununla bağlı ilk qərarı Azərbaycan və Ermənistan verməlidir”, - deyə Ərdoğan bildirib.

 

Minsk qrupunun bu günə qədər münaqişənin öhdəsindən gələ bilmədiyini qeyd edən Türkiyə hökumət başçısı bildirib ki, məsələ ilə əlaqədar artıq Azərbaycan və Ermənistan bu qərarı müsbət istiqamətdə verəcəkləri təqdirdə münaqişə həllini tapa bilər:

 

“Əks təqdirdə mən bu məsələnin həllini görmürəm. Çünki təxminən 20 ildir Minsk qrupu fəaliyyət göstərir, ortada bir nəticə varmı? Yoxdur. 20 ildir bu məsələni həll edə bilməyən qrupun indi nəyi həll edəcəyi məni çox maraqlandırır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar