SON XƏBƏRLƏR

Ərəb milli fəal Yusif Bənitorofdan Abbas Lisani və azərbaycanlı fəallara dəstək

2021.10.20, 07:36
Ərəb milli fəal Yusif Bənitorofdan Abbas Lisani və azərbaycanlı fəallara dəstək

Gunaz.tv

GünAz TV: İranda ərəb millətinə mənsub milli fəal Yusif Bənitorof son günlərdə saxlanılan azərbaycanlı milli-mədəni fəallara dəstək verdiyini açıqlayıb.

 

O iyulun 4-də Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycanda saxlanılan milli fəallarla bağlı açıqlama yayıb.

 

“Salam olsun Lisani və onun azərbaycanlı səngərdaşlarına;

Abbas Lisanini yaxından görməmişəm. Lakin 2005-ci ildə baş verən hadisələrdə ərəblərin qətlə yetirildiyi zaman mənə zəng edib başsağlığı verəndə onun güclü səsini eşitmişəm. Ondan sonra onun millətinin hüquqları uğrundakı mübarizəsi və müqaviməti ilə maraqlanmağa başladım.

Abbas və onlarla digər azərbaycanlı fəalı saxlayıblar. Onu həbs edir, Amaniləri isə caddələrdə öldürürlər. Tehran və Azərbaycan zindanları öz dili, ədəbiyyatı və millətinin incəsənətini sevən Səttarxan sülaləsi ilə doldurulur. Susuz qalan ərəbi Məhmərə və İbadanda gülləyə tutur, onlarla insanı zəncirləyirlər. Bəluç və kürdü də hər zaman edam gözləyir. Babək qalasına gedən yaşlı qadından, həmçinin Raşidi, Azad, Lisani və Azərbaycan türk millətindən qorxurlar. Ona görə də türklərin qalası və kimliyinin simvolu olan Babək qalasına Yaşasın deyirəm. Mənim ürəyim sizinlədir ey təknəfərlik kameraların sakinləri, ey Kəleybər dağının ziyarətçiləri və Babək qalası aşiqləri!”- deyə yazıda qeyd olunub.

 

Digər əhvazlı ərəb fəallar da sosial şəbəkələrdə saxlanılan azərbaycanlı fəallara dəstək verərək İran rejiminin Azərbaycana qarşı apardığı siyasəti şiddətlə qınayıblar.

 

Y.Bənitorofun Facebook səhifəsində yaydığı mətn:

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar