SON XƏBƏRLƏR

Sergey Markov: “Zəngəzur dəhlizinin açılması regionda sülh və sabitliyə böyük töhfə verəcək"

2021.11.15, 14:22
Sergey Markov: “Zəngəzur dəhlizinin açılması regionda sülh və sabitliyə böyük töhfə verəcək"

Gunaz.tv

Bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

Sergey Markov deyib ki, Azərbaycanın Şuşanı turizm mərkəzinə çevirmək məqsədi doğrudur: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın dünyada mövqeləri möhkəmlənir. Prezident İlham Əliyev uzaqgörən liderlərdən biridir. Azərbaycan Prezidenti 21-ci əsrin ordusunu yaradı”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərpası üçün hər şey edib: “Zəngəzur dəhlizinin açılması da regionda sülh və sabitliyə böyük töhfə verəcək”. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar