SON XƏBƏRLƏR

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT-də milli azlıqların hüquqları haqda keçiriləcək iclasla bağlı bəyanat yayıb

2021.10.20, 07:36
Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti BMT-də milli azlıqların hüquqları haqda keçiriləcək iclasla bağlı bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Dr. Jalə Təbrizinin müdiri olduğu Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti ötən illərdə olduğu kimi, bu il də BMT-nin Cenevrədə keçiriləcək milli və dini azlıqların hüquqları ilə bağlı iclasda aktiv iştirak edəcək.


Bu barədə Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti bəyanat yayıb. Məlumata görə, milli və dini azlıqların hüquqları ilə bağlı 12-ci iclas iki gün davam edəcək. İclasda etniklərin təhsil məsələsi, ana dilində təhsil alma hüququ və digər oxşar məsələlər müzakirə olunacaq.
Ərk Cəmiyyəti bu barədə ətraflı məlumat yayacağını bildirib.


Bundan əlavə, Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti noyabrın 29-da əqidə məhbuslarına (əsasən həbs olunan güney azərbaycanlı milli-mədəni fəallar nəzərdə tutulur) dəstək vermək və İranda ana dilində təhsil alma hüququnun təmin olunması ilə bağlı BMT-nin Cenevrədəki baş qərargahının önündə dinc etiraz yığıncağı keçirəcək.
Yığıncaqda bütün insan hüquqları müdafiəçiləri və ana dilində təhsil hüququnun təmin olunmasını istəyənlər iştirak edə bilər:
Məkan: Geneva – UN؛ Place des Nations؛ 1202 Genève, Suisse
Zaman: 2019-cu il noyabrın 29-u, cümə günü, Cenevrə vaxtı ilə saat 13:30-dan 14:30-dək

 

Yığıncağa qatılmaq istəyənlər və ya Güney Azərbaycandan raport və material göndərmək istəyən milli-mədəni fəallar Teleqram vasitəsi ilə Dr. Jalə Təbrizi ilə əlaqə saxlaya bilərlər: https://t.me/ARCHUMANRIGHTS

 

Həmçinin noyabrın 8-də Cenevrə vaxtı ilə saat 9:00-da İran hökuməti ilə bağlı “Qlobal Dövri İcmal”ın 3-cü mərhələsinin tədbiri keçiriləcək. Bu tədbir adətən 5 ildən bir keçirilir. Maraqlananlar tədbiri BMT-nin televiziyasından canlı olaraq izləyə bilərlər.
United Nations Web TV (http://webtv.un.org )

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar