SON XƏBƏRLƏR

Ərk Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində hesabat hazırlayıb – VİDEO

2021.10.20, 07:36
Ərk Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində hesabat hazırlayıb – VİDEO

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Müdafiəsi Cəmiyyəti İran zindanlarında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar barəsində hesabat hazırlayıb.

 

Video şəkilində yayılan hesabatda fevralın 6-dək saxlanılan fəalların siyahısı əks olunub.

 

Ərk Cəmiyyətinin verdiyi məlumata görə, fəalların əksəriyyəti ana dili və mədəni hüquqlarla bağlı apardığı mədəni mübarizəyə görə uzun müddətli həbs cəzasına  məhkum edilib. Onların bəziləri isə həbs qərarı olmadan qeyri-müəyyən vəziyyətdə təcridxanalarda saxlanılır.

 

Fəalların səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə hazırlanan hesabatda onların qısa bioqrafiyası ingilis dilində qeyd olunub.

 

Siyasi məhbusların əksəriyyəti həbsxanalarda işgəncə altında saxlanılır. Onların bəziləri ədalətsiz həbs qərarına etiraz olaraq aclıq, hətta quru aclıq aksiyası keçirib. Zindanlarda məhbus həyatı yaşayan fəalların bir neçəsi müxtəlif xəstəliklərdən əziyyət çəkir. İran rejimi onların xəstəxanalarda müalicə olunmasına icazə vermir.

 

Qondarma ittihamlarla həbs edilən azərbaycanlı fəalların əksəriyyəti məzuniyyət və ailəsi ilə görüşmək hüququndan məhrum edilib. Onların ailəsi bu vəziyyətdən olduqca narahatdır.

 

Bir çox fəal Ettelaat İdarəsi və “Sepah”ın kəşfiyyat bölümündə saxlanılır. Bəzi fəalların isə harada və necə saxlandığı məlum deyil.

 

Güney Azərbaycanın müxtəlif şəhərlərində ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılan fəalların sayı da kifayət qədərdir. Onlar hər an yenidən saxlanıla bilər.

 

https://www.youtube.com/watch?time_continue=61&v=Fe5IaYDC1mY&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar