SON XƏBƏRLƏR

Ərk Cəmiyyətinin müdiri verdiyi müsahibədə ana dili və “İranda qövm deyil, millətlər var” reallığına təkid edib

2021.10.20, 07:36
Ərk Cəmiyyətinin müdiri verdiyi müsahibədə ana dili və “İranda qövm deyil, millətlər var” reallığına təkid edib

Gunaz.tv

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi “Iran International” telekanalına verdiyi müsahibədəana dili və “İranda qövm deyil millətlər var” reallığına təkid edib.

 

Avropa Birliyinin İran əhalisinə yetəri qədər dəstək verməməsi mövzusu ətrafında danışnan xanım Jalə Təbrizi bildirib ki, Avropa Birliyi öz mənafeyini düşünür. Onlar həm də İranla nüvə müqaviləsinin qorunub saxlanmasına təkid edir. Ona görə də İran əhalisi onların siyasətinə qurban gedir.

 

İnsan haqları müdafiəçisi sözdə “İranda azlıqların hüququ” məsələsindən danışarkən verilişin aparıcısına xitabən deyib: İranda bir neçə millət yaşayır. Bu ölkədə çoxlu məzhəb, mədəniyyət və ana dili var.

 

“Demokrat olduqlarını iddia edənlər qəbul etməlidilər ki, İran bir millət deyil. İranda müxtəlif millətlər var.”- deyə o vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=16&v=EZ3XEG6Quj8&feature=emb_logo

 

Jalə Təbrizi İranın keçmiş təhsil nazirinin sözlərinə işarə edərək əlavə edib ki, “İranda uşaqların 70 faizi iki dillidir. Ona görə də fars dili və mədəniyyətini 70 faiz qeyri-fars uşaqlarına sırımaq düzgün deyil.”

 

Ərk Cəmiyyətinin müdiri həmçinin əlavə edib ki, sizin qövm adlandırdığınız, əslində isə müxtəlif millətlər İranın sərhəd bölgələrində yaşayır. Lakin mərkəzçilikdən irəli gələn düşüncə digər millətlərə aid məsələlərin gündəmə gəlməsinə mane olur.

 

İnsan haqları müdafiəçisinin sözlərinə görə, İranda sərhəd bölgələrdə yaşayan millətlər bir çox imkanlardan məhrumdur, onlar mərkəzçi dövlət tərəfindən repressiyalara məruz qalır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar