SON XƏBƏRLƏR

Ərk qardaşlarının türkcə “Dəri” filmi Kristan Simurq mükafatına layiq görüldü - Fəcr Festivalında

2021.10.20, 07:36
Ərk qardaşlarının türkcə “Dəri” filmi Kristan Simurq mükafatına  layiq görüldü -  Fəcr Festivalında

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı rejissorlar Bəhram və Bəhmən Ərkin çəkdiyi film 38-ci Fəcr Beynəlxlaq Film Festivalında Kristal Simurq mükafatına layiq görülüb.

 

Ən yaxşı təcrübə və incəsənət əsəri üçün nəzərdə tutulan Kristal Simurq mükafatı türk dilində olan “Dəri” filminə verilib.

 

“Dəri” filmi Təbrizdə çəkilib. Filmdə qeyri-adi və qorxulu səhnələr mövcuddur. Bu film xurafat və sehr-cadu elementlərinin göründüyü sevgi dastanını əks etdirir. Filmdə bu günədək ənənəvi olaraq toxunulmayan mövzular yer alıb.

 

Aşıq Vəli Əbdi “Dəri” filmində rol almış aktyorlardandır. Bu əsər filmdəki Bamdad Əfşarın musiqisinə görə də Kristal Simurq mükafatına layiq görülüb.

 

 

 

Ərk qardaşları ötən illərdə qısametrajlı “Heyvan” adlı film çəkiblər. Bu film daxili və xarici festivallarda müxtəlif mükafatlar qazanıb.

 

Soydaşlarımız film və tamaşaların türk dilində çəkilməsinə böyük dəstək verir. Lakin bu məsələ fars şovinistlərinin böyük etirazına səbəb olur. Ötən günlərdə “Atabay” filminin tənqid və təhlili tədbirində sözdə jurnalist Əmir Fərzullahi irqçi açıqlamalara yol verərək türk dilində film çəkilməsinə qarşı çıxmışdır. Bu məsələ böyük qalmaqallara səbəb oldu.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar