SON XƏBƏRLƏR

Ermənilər "Azıx"da qazıntılar aparır

2021.10.20, 07:36
Ermənilər "Azıx"da qazıntılar aparır

Gunaz.tv
Ermənilər "Azıx"da qazıntılar aparır Mağara ətrafında təbiət muzeyi yaradılacaq Ermənilər 2000-ci ildən başlayaraq "Azıx" mağarasında arxeoloji qazıntı işləri həyata keçirib. Qazıntı işlərinə Kanada, ABŞ, Fransa, İspaniyadan olan arxeoloqlar da qatılıb. "Azərbaycanın işğal olunan ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiəsi" təşkilatının rəhbəri Faiq İsmayılovun verdiyi məlumata görə, qazıntı işlərinə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutu başçılıq edib və mağaranın 7 keçidindən tapılan qədim əşyalar kisələrə doldurularaq Londona göndərilib. F.İsmayılovun sözlərinə görə, hazırda isə ermənilər "Azıx" mağarasının ətrafında "Azox" adlı təbiət muzeyi yaratmaq istəyirlər. Hazırda onların bunun üçün kredit mənbələri axtardıqlarını deyən F.İsmayılov bildirib ki, həmin muzeydə ermənilər ibtidai insan skeletləri, qədim əşyalar qoymaqla mağara ətrafında qədim dövrə aid ab-hava yaratmaq istəyirlər. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar