SON XƏBƏRLƏR

Ermənilər əsirlikdə olan soydaşlarımızın üzərində QİÇS-ə qarşı dərmanı sınayıblar

2021.10.20, 07:36
Ermənilər əsirlikdə olan soydaşlarımızın üzərində QİÇS-ə qarşı dərmanı sınayıblar

Gunaz.tv
GünAzTv: Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri, Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin sabiq direktoru Qalib Əliyev “Armenikum” adlı dərmanın Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları üzərində kliniki sınaqdan keçirildiyinə əmindir. Qalib Əliyev Lent.az-a açıqlamasında deyib ki, 1998-ci ildə ermənilər “QİÇS-in çarəsi” kimi “Armenikum” adlı dərmanı ixtira etdiklərini bildiriblər. Onun sözlərinə görə, Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsində çalışdığı dönəmdə, hələ 1997-ci ildən başlayaraq, erməni əsirliyində olan və geri qaytarılan vətəndaşlarımızın məcburi tibbi sınaqlara, cinsi zorakılıqlara və s. işgəncələrə məruz qalması kimi faktlar qeydə alınıb: “Ermənistan rəsmən elan etdi ki “Armenikum” Ermənistanın xüsusi xidmət orqanlarının rəhbərliyi altında kəşf olunub. Bəs niyə Ermənistanın xüsusi xidmət orqanları bu işə cəlb olunub? Digər tərəfdən, həmin vaxt Ermənistanda təxminən 20-25 nəfər İmmun çatışmazlıq Virusuna (HİV) yoluxmuş insan yaşayırdı. Kliniki sınaqların keçirilməsi üçün isə ən azı 100 nəfər lazımdır. Həm də bu insanlar sınaq prosesində könüllü iştirak etməlidirlər. Həmin virusa yoluxmuş, yaxud yoluxdurulmuş insanlar kimlər olub?” Qalib Əliyev xatırladıb ki, həmin vaxt milyonlarla QİÇS-ə yoluxmuş insanın saman çöpündən belə yapışmağa hazır olduqlarını bilə-bilə onları “Armenikum” klinikasına-Ermənistana müalicəyə dəvət ediblər: “Ermənistanın bütün rəsmi orqanları bəyan etdi ki, “Armenikum” adlı dərman bütün sınaqlardan o cümlədən də kliniki sınaqdan dəfələrlə keçirilib, yüksək səmərəyə malikdir. Mən bu erməni ixtirasının hansı insanlar üzərində kliniki sınaqdan keçirilməsi məsələsini 1998-ci ildə Paris şəhərində keçirilmiş beynəlxalq konfransda qaldırmışdım. “Armenikum”un “kəşfi” digər alimlər tərəfindən vicdansızlıq, fırıldaqçılıq, yalançılıq adlandırıldı. Buna baxmayaraq, ermənilər dünyanın hər yerindən xəstə insanları müxtəlif həvəsləndirici fəndlərlə Ermənistana gəlmələrinə nail oldular”. Azərbaycan Həkimlər Assosiasiyası qeyd olunanlarla əlaqədar bütün beynəlxalq hüquq və humanitar təşkilatlardan tələb edir ki, “Armenikum” adlanan erməni avantürasının görünməyən və indiyədək bəşəriyyətə məlum olmayan aspektləri, xüsusi ilə də kliniki sınaqların Azərbaycan əsirlərinin üzərində aparılıb aparılmaması araşdırılsın, əsirliyin tibbi, sosial nəticələri qiymətləndirilsin və onlar əsirlikdən azad olunsun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar