SON XƏBƏRLƏR

Ermənilər istədiklərinə çatmadı

2021.10.20, 07:36
Ermənilər istədiklərinə çatmadı

Gunaz.tv

GünAzTv: Dekabrın 22-də qondarma “erməni soyqırımı” haqqında qanun layihəsi Nümayəndələr Palatasında müzakirəyə çıxarılmayıb. Dünən ABŞ (Amerika Birləşmiş Ştatları) Nümayəndələr Palatasının payız sessiyası başa çatdığı üçün qanun layihəsinin gündəmə gəlmək ehtimalı da aradan qalxıb və Türkiyə-ABŞ münasibətlərində gərginliyə yol aça biləcək növbəti mərhələ arxada qalıb. Bu barədə Lent.az Türkiyənin NTV telekanalına istinadən xəbər yayıb. Qeyd edək ki, noyabr ayında keçirilən seçkilərdə respublikaçılar qalib gəlib və yeni ildə Nümayəndələr Palatasında respublikaçılar üstünlük təşkil edəcək. Beləliklə də, qondarma “erməni soyqırımı” layihəsinin Xarici Əlaqələr Komitəsində 1 səs fərqlə qəbul olunmasında əsas rol oynayan və layihənin Nümayəndələr Palatasının gündəminə gətirməyə çalışan Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosi də artıq spiker postunu tutmayacaq. Nümayəndələr Palatasının son iclaslarında məhz Nensi Pelosinin təşəbbüsü ilə qanun layihəsinin gündəmə salınması ehtimalı vardı və qanunverici orqanın aşağı palatasında demokratlar üstünlük təşkil etdiyi üçün onun qəbul edilmə ehtimalı da yüksək dəyərləndirilirdi. Ermənilər isə qanun layihəsinin Nümayəndələr Palatasının gündəliyinə salınmamasına hiddətləniblər. Bu gün Amerika Erməni Milli Komitəsi də bir açıqlama yayıb və Nensi Pelosinin qanun layihəsini gündəmə gətirməyi bacarmadığını bildirib. Xatırladaq ki, bu dəfə qondarma “erməni soyqırımı” layihəsinin aktuallaşmasının səbəbi erməni pornoulduz Kim Kardaşyanın sosial şəbəkələrdə başlatdığı aksiya olub. Nensi Pelosinin internet ünvanı və telefon nömrəsini yayan pornoulduz qanun layihəsinin gündəmə gəlmiəsi üçün Nümayəndələr Palatasının sədrinə çoxsaylı müraciət edilməsini istəmişdi. Məsələnin gündəmə gəlməməsi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamaya məktub yazmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar