SON XƏBƏRLƏR

Ermənilər Rusiya tərəfindən kütləvi surətdə Şimali Qafqaza köçürülür

2021.10.20, 07:36
Ermənilər Rusiya tərəfindən kütləvi surətdə Şimali Qafqaza köçürülür

Gunaz.tv

GünAzTv: Daim Rusiyanın əlində alət olan ermənilər yenidən "böyük qardaşları"nın Qafqazla bağlı növbəti məkrli siyasətində piyada rolunu oynamağa başlayıb.

Söhbət Şimali Qafqazda özünə təhlükəsizlik qurşağı yaratmaq istəyən Rusiyanın bu regiona böyük sayda erməni əhalisi köçürmək niyyətindən və bu istiqamətdə artıq konkret addımlar atılmasından gedir. Lakin hadisələrin gedişi göstərir ki, Rusiyanın bu niyyəti Şimali Qafqazda onsuz da gərgin olan vəziyyəti daha da dramatikləşdirəcək.    Məsələ burasındadır ki, Şimali Qafqaz xalqları burada məskunlaşdırılan ermənilərlə yola getmir. Lakin Rusiya erməniləri burada yerləşdirməkdə israrlı görünür. Ermənistan da bu məsələdə xüsusi canfəşanlıq göstərir.    Məlumatlara görə, indi Şimali Qafqazda olan ermənilərin sayı yarım milyonu keçir. Lakin onların Şimali Qafqaz xalqları ilə münasibətlərinin kəskinləşməsi fonunda ermənilərin buradan köçünün başlanması və ən yaxşı halda üçdə birinin burada qala biləcəyi istisna olunmur. Xatırladaq ki, artıq Livanda ermənilər bu təcrübəni yaşayıb. "Vesti.az" portalının məlumatına görə, Livanda 1974-cü ildə vətəndaş müharibələri zamanı müxtəlif Livan qruplaşmaları buradakı erməni əhalisindən istifadəyə çalışırdı. Nəticədə sözügedən ölkədə cəmi 100 min erməni qaldı. Analoji situasiyanın Şimali Qafqazda da yaşana biləcəyi vurğulanır.    Lakin qeyd olunduğu kimi, Rusiya məsələyə fərqli yanaşır, Şimali Qafqazdakı erməni əhalisinin sayının nəinki azalmasına imkan vermək, əksinə, onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Moskvanın nəyə görə belə bir addım atması isə, Şimali Qafqazdakı gərgin vəziyyətlə izah olunur. Həqiqətən də Şimali Qafqaz respublikalarında - Dağıstanda, Kabardin-Balkariyada, İnquşetiyada, Çeçenistanda, Şimali Osetiyada vəziyyət daim gərgin xarakter daşıyıb. Bu respublikalar sözün əsl mənasında Rusiya üçün ciddi başağrısı olub. Lakin Moskvanı indi ən çox narahat edən məqam Şimali Qafqazda yaşanan gərginliyin tədricən Rusiyanın mərkəzi hissələrinə doğru hərəkət etməsidir. Xüsusən Stavropol vilayətində baş verən terror aksiyaları bu narahatlığı daha da artırıb. Məhz bundan sonra Rusiyada Şimali Qafqazdan olanlara diqqət daha da artırılıb və onların pasportları daha ciddi yoxlanır.    Bu vaxta qədər isə Rusiya Şimali Qafqazda mövcud olan gərgin vəziyyətin ölkənin içərilərinə doğru irəliləməsi üçün Stavropola təhlükəsizlik qurşağı kimi yanaşıb. İndi Stavropol vilayətində terror aktları törədilməsi artıq təhlükəsizlik qurşağı ilə bağlı Rusiyanı yeni siyasətə sövq edir. Digər tərəfdən, Şimali Qafqazda yaşayan rusların buranı sürətlə tərk etməini də Moskva böyük narahatlıqla qarşılayır. Rusiyalı politoloqlar isə bildirir ki, perspektivdə Şimali Qafqazdakı rusların burada qalmasını təmin etmək Kreml üçün daha çətin olacaq.    Bu fonda sözügedən bölgədə gərginliyin durmadan artması, silahlı konfliktlərin miqyasının genişlənməsi və Rusiyanın getdikcə nəzarəti itirməsi Şimali Qafqaz respublikalarının Moskvanın yurisdiksiyası altından çıxmasını zaman məsələsinə çevirir. Şimali Qafqaza nəzarət itərsə, bunun ardınca Moskva Stavropol və Krasnodar kimi vilayətləri də itirə biləcəyini yaxşı başa düşür. Yeri gəlmişkən qeyd edək ki, sonuncu iki vilayətdə yaşayanların çoxunu qeyri-ruslar təşkil edir. Krasnodar itirilərsə, növbə Rostova, Həştərxana və digərlərinə çatacaq. Bu isə Rusiya üçün fəlakət deməkdir.    Hazırda sözügedən bölgələrdən, xüsusən də Şimali Qafqazdan rus əhalsinin axınının qarşısını ala bilməyən Moskva problemini başqa bir formada həll etmək qərarına gəlib. Moskvanın Şimali Qafqazla bağlı yeni siyasətinin mahiyyətində buraya ermənilərin kütləvi şəkildə köçürülərək yerləşdirilməsi durur. Hətta bəzi məlumatlara görə, Rusiya, Şimali Qafqaz da daxil olmaqla, özünün cənub rayonlarında 2 milyona qədər erməni yerləşdirib. Lakin qeyd olunduğu kimi, ermənilər buradakı digər xalqların nümayəndələrilə yola getmir. Hazırda Şimali Qafqazda yaşayan xalqlarla ermənilər arasında gərginliyin getdikcə artdığı bildirilir. Məsələn, Lazarev rayonunun yerli əhalisi olan çərkəzlərlə ermənilər arasında tez-tez toqquşmalar yaşanır.    Analoji vəziyyət adıgeylərlə ermənilər arasında da özünü qabarıq büruzə verir. Adı açıqlanmayan bir çərkəz ictimai xadimi məsələ ilə qeyd edir: "Ermənilərin burada yerləşdirilməsi heç vaxt təbii surətdə baş verməyib. Məsələ ilə katolikos məşğul olub. "Bakı hadisələrindən" sonra ermənilər elə Ermənistanın özündə yerləşdirilə bilərdi. Çünki buradan böyük sayda azərbaycanlı qovulmuşdu. Lakin ermənilərin heç burada dayanmasına da imkan vermədilər və onları dərhal Soçiyə, Tuapsa göndərdilər. Bu qədər sayda ermənini, Ermənistan və Rusiya arasında razılıq olmasaydı, burada yerləşdirmək mümkün olmazdı. Keçmiş SSRİ-nin digər vətəndaşlarına isə münasibət fərqlidir, onlar buradan zorla deportasiya edilir. Bütün bunlar fonunda 2 milyon erməninin təbii olaraq burada yerləşməsini söyləmək mümkün deyil. Ermənilərin Abxaziyada, çərkəzlərin tarixi torpaqlarında yerləşdirilməsi Moskva və İrəvanda koordinasiya edilərək maliyyələşdirilir. Şimali Qafqazda artıq ermənilərin koordinasiya orqanı var və o, "Seçilmişlər Şurası" adlanır.    Buraya keşişlər, biznesmenlər, "qanunda oğrular" daxildir. Məhz onlar yeni gəlmiş ermənilərin harada məskunlaşmasına qərar verir. Ermənilərin yerləşdirilməsi çox təşkilatlanmış şəkildə baş verir və artıq bütün əhali nələrin baş verdiyini yaxşı bilir". Bakı xəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar