Ermənilərin atdığı mərmi Tərtər məhkəməsinin yanına düşüb, ölən və yaralananlar var

2020-09-28 13:19

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Gunaz.tv Quote | Gunaz article

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 28.09.2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı, 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.


Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.


Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.


İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19

gun az article

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib- FOTO

2020-10-19

gun az article

TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

2020-10-19

gun az article

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib- FOTO

2020-10-19

gun az article

MN: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-19

gun az article

Azərbaycan bayrağı Xudafərin körpüsündə

2020-10-18

gun az article

Moskvada Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun qurbanları anılıb

2020-10-18

gun az article

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb- FOTO

2020-10-18

gun az article

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”

2020-10-18