Ermənilərin planlaşdırdığı anti-türk yığıncağa qarşı keçirilən aksiyada saxlanılanların sayı artıb- Tehranda

25.04.2019, 14:07

GünAz TV: Çərşənbə günü, aprelin 24-də Tehranda ermənilərin Türkiyə əleyhinə planlaşdırdığı yığıncağa qarşı etirazda saxlanılan soydaşlarımızın sayı 13-ə çatıb.

 

Məlumata görə, soydaşlarımız Tehranın “Kərimxan Zənd” xiyabanında toplaşaraq ermənilərin planlaşdırdığı aksiya ilə bağlı xəbərdarlıq ediblər. Polis tərəfindən saxlanılan etirazçıların kimliyi Əli Novin, Rza Nəziri, Əfşin Nəziri, Aydın Hacızadə, Ruhulla Heydəri, Kərimulla Nurbəxş, Nasir Məhdəvi, Bayram Mahmudi, Əsğər Cəfəri, Rza Ağayi, Əli Ağayi, Əli İbrahimi və Söhrab Cəlilzadədən ibarətdir.

 

Hələlik fəalların harada saxlandığı və vəziyyəti barədə heç bir məlumat yoxdur.

 

Azərbaycan Milli Hərəkat fəallarının ayıq-sayıqlığı və vaxtı-vaxtında keçirdiyi etirazlar nəticəsində ötən illərdən fərqli olaraq bu il aprelin 24-də ermənilər Türkiyə səfirliyi qarşısında yığıncaq keçirə bilməyib.

 

Azərbaycanlı fəallar gözlənilən aksiyanın qarşısını almaq məqsədi ilə aprelin 3-dən imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb ediblər. Kampaniyaya qoşulanlar arasında Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri də olub. Bir neçə gün ərzində toplanan 12 min imza kampaniya təşkilatçıları tərəfindən İranın daxili işlər naziri və Tehran Valiliyinə təqdim olunmuşdur.

 

Azərbaycanlıların xəbərdarlığı nəticəsində ermənilərin səfirlik qarşısında aksiya keçirməsinə icazə verilməsə də onlar Sarkis kilsəsinə toplaşıb, kilsənin divarlarından yazılı bannerlər asaraq qondarma erməni soyqırımını anıblar. Ermənilərin qondarma soyqırımla bağlı yığıncağını bu şəkildə məhdudlaşdırmaq azərbaycanlı fəallar üçün böyük uğur hesab olunur.

Azərbaycanlı fəallar yığıncaq keçiriləcəyi təqdirdə Türkiyə səfirliyi qarşısında insan zənciri yaradacaqları barədə xəbərdarlıq etmişdilər.

 

Xatırladaq ki, 1915-ci il hadisələrini sözdə soyqırım kimi qəbul edən ermənilər hər il aprelin 24-də Türkiyənin Tehrandakı səfirliyi qarşısında geniş etiraz aksiyası keçirir. Qondarma soyqırım bəhanəsi ilə “Türkiyəyə ölüm”, “türkə ölüm” və s. kimi şüarlar səsləndirən ermənilər İranın rəsmi icazəsi ilə türklərə qarşı belə bir hərəkətə əl atır. Bu o halda baş verir ki, İran  rejimi azərbaycanlılara Dağlıq Qarabağla bağlı hər hansı tədbir keçirməyə heç bir şəkildə icazə vermir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21