Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14 14:47

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesi davam etdirilir.  

Gunaz.tv Quote | Gunaz article


Bu günlərdə Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bildirib ki, proses yekunlaşmaq üzrədir. 

"Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatçılığa əsas yoxdur"-deyə, Usubov bildirib. 

Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Zəngəzur mahalı (Sünik) istiqamətində 3 kilometr irəliləyib. Bu barədə erməni mediası məlumat yayıb. Yerli media Azərbaycan ordusunun Gorus istiqamətində - Qaragöl tərəfdə 3 kilometr irəlilədiyini yazıb. Gorus merinin müavini Menya Ovsepyan xəbəri təsdiqləyib. Lakin Azərbaycan tərəfinin qanuni addımları beynəlxalq ermənipərəst qüvvələri narahat edib. 

Ermənipərəst mövqeyi ilə tanınan Emmanuel Makron özünün “Facebook” səhifəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə daxil olub. Onları dərhal ərazidən çıxarmaq lazımdır”-deyə Makron erməni dilində yazıb.

“Atlas” Araşdrımalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Günaz.TV-yə açıqlamasında deyib ki, Azərbaycan tərəfinin addımları tam qanunidir:

Elxan Şahinoğlu: Azərbaycan-İran sərhədi dostluq sərhədinə çevriləcək

“Ermənilər torpaqlarımız işğal edəndə düşünürdülər ki, bu proses əbədidir. İndi biz öz torpaqlarımızı azad etmişik. Sərhədləri müəyyən edirik. Sovet vaxtında olan sərhədlərə qayıdırıq. Yeni heç nə icad etmirik. Bizə aid olan nə varsa, onu götürürük. Ermənilər nahaq hay-həşir salır. Nikol Paşinyan ona görə haray-həşir salır ki, ay yarımdan sonra parlament seçkiləridir. 

Bu hadisədən sonra onun mövqeyi zəifləyəcək. Bu, bizi maraqlandırmamalıdır. Bizə təzyiq etməyə çalışacaqlar. Rusiyadan, Kollektiv Təhlükəsizlik Şurasından, Fransadan təzyiqlər olacaq. Ancaq biz bunlara baxmamalıyıq. O yerlər bizə aiddir... Amma müəyyən güzəştlər də mümkündür. Bizim başqa tələb və şərtlərimiz də var. Qarabağda minalanmış əraziləri xəritəsinin verilməsi, separataçıların silahsızlaşdırılması və s qarılığında geri çəkilmə də ola bilər”.

Politoloq hesab edir ki, vaxtilə ermənilərə verilmiş digər torpaqlar da qaytarılmalıdır:  “Biz hələ Qarabağ və Zəngəzur istiqamətində dövlət sərhədlərini müəyyənləşdiririk. Hələ Naxçıvanın 1, Qazaxın 7 kəndi də bizə keçməlidir. Bir müddət sonra biz keçmişdə itiridiymiz kəndlərin də geri qaytarılması tələbini qoya bilərik. Bu, bizim haqqımızdır. 

Buna heç kim mane ola bilməz. Biz Ermənistanın BMT tərəfindən tanınan sərhədlərinə hücum etmirik. O torpaqlar bizimdir. Sadəcə biz özümüz deyib özümüz eşidirik. Beynəlxalq təşkilatları bununla bağlı məlumatlandırmalıyıq. Müharibədə qələbə qazanmışıq, informasiya savaşında isə geri qalırıq. Ermənilər haray-həşir salır, biz haqlı ola-ola haqsız duruma düşürük”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15