SON XƏBƏRLƏR

Ermənistan-Amerika münasibətləri gərginləşir

2021.10.20, 07:36
Ermənistan-Amerika münasibətləri gərginləşir

Gunaz.tv

GünAzTv: Ermənistanla Birləşmiş Ştatlar arasında qalmaqal dərinləşir. ABŞ-da  (Amerika Birləşmiş Ştatları) dələduzluqla məşğul olduğu üçün həbs edilən «Pzo» ləqəbli Armen Kazaryanın cinayət ortaqları İrəvanda saxlanılıb.

Amma Ermənistan rəhbərliyinin onları təhvil vermək istəməməsi münasibətləri gərginləşdirib. Rəsmi İrəvan qətiyyətlə Armen Kazaryanın 30 cinayət yoldaşını Birləşmiş Ştatlara təhvil verməkdən imtana edir. Bu da münasibətlərdəki gərginliyi bir qədər də artırıb. Ermənistanın «Aykakan Jamanak» qəzetinin məlumatına görə, siyahını Ermənistan rəhbərliyinə Federal Təhqiqat Bürosu təqdim edib. Ermənilərdən ibarət 73 nəfərlik qruplaşmanın Birləşmiş Ştatların tibbi sığorta şirkətindən oğurladığı 163 milyon dolları xüsusi kuryerlər vasitəsilə Ermənistanda gizlətdiyi aşkarlanıb. Armen Kazaryanın Ermənistan prezidenti Serj Sarkisyan, qardaşı Saşik Sarkisyan və keçmiş prezident Robert Köçəryanla əlaqələrinin olduğu istisna edilmir. İstintaq materiallarında bildirilir ki, Kazaryan dəfələrlə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərlər təşkil edib. Cinayətkar dəfələrlə ermənistanda saxlanılsa da, Serj Sarkisyanın müdaxiləsindən sonra azadlığa buraxılıb. Məsələnin məsuliyyətini üzərindən atmağa çalışan Ermənistan Prokurorluğu baş verənləri Ermənistana qarşı təxribat adlandırıb. Prezident Serj Sarkisyanın Lissabonda keçirilən NATO sammitində iştirakdan imtina etməsi də bu hadisə ilə əlaqələndirilir. Ermənistan müxalifətinin bildirdiyinə görə, Armen Kazaryanın qruplaşmasının törətdiyi irimiqyaslı cinayətlər Birləşmiş Ştatlarla münasibətlərə ağır zərbə vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar