SON XƏBƏRLƏR

ERMƏNİSTAN DA PİLOTSUZ TƏYYARLƏR ALMAQ ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

2021.10.20, 07:36
ERMƏNİSTAN DA PİLOTSUZ TƏYYARLƏR ALMAQ ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ

Gunaz.tv
ERMƏNİSTAN DA PİLOTSUZ TƏYYARLƏR ALMAQ ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ Seyran Ohanyan: “Azərbaycanın Dağlıq Qarabağ üzərində kəşfiyyat uçuşları aparmaq planlarına cavab veriləcək” Bu günlərdə Rusiya internet-saytlarından birində Azərbaycanın İsraildən pilotsuz hərbi kəşfiyyat təyyarələri almağa hazırlaşdığı haqda yayılmış xəbər Ermənistanı da hərəkətə gətirib. Düşmən ölkənin müdafiə naziri bildirib ki, onlar da bu tipli təyyarələr almaq üçün hazırlıqlara başlayacaqlar. “Ermənistan Azərbaycanln pilotsuz kəşfiyyat təyyarələri almaq planlarına qarşı konkret tədbirlər görəcək” deyə Seyran Ohanyan bildirib. Ohanyanın sözlərinə görə, Azərbaycan çox güman ki, Dağlıq Qarabağ üzərində kəşfiyyat uçuşları həyata keçirmək istəyir: “Biz qonşudan geri qalmaq fikrində deyilik, ona görə də adekvat cavab tədbirləri görəcəyik”. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumatda ölkənin İsraildən 10 ədəd “Hermes-450" pilotsuz kəşfiyyat təyyarəsi almaq niyyətində olduğu bildirilirdi. Bu təyyarələri ”Silver Arrow" şirkəti istehsal edir. Məlumatlara görə, Azərbaycanı bu təyyarələrin radarlara görünməz olması cəlb edib. Rəsmi qaynaqlar xəbəri nə təsdiq, nə də təkzib edir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar