Ermənistan mediası güney azərbaycanlıların Azərbaycan ordusuna dəstəyinə kölgə salmağa çalışıb

2020-07-31 15:34

Ermənistan Radiosu yaydığı məqalədə güney azərbaycanlıların Azərbaycan ordusu və dövlətinə dəstək, Ermənistanın isə işğalçılıq siyasətini pisləmək üçün keçirdikləri yürüşlərə kölgə salmağa çalışıb.

Gunaz.tv Quote | Gunaz article

Radionun farsdilli bölməsində çıxan yazıda müəlliflər Güney Azərbaycan Milli Hərəkatı tərəfindən təşkil edilən piketlər, eləcə də 14 iyul günü Bakıda keçirilmiş xalq yürüşlərində "guya əsassız olaraq fars, rus və ermənilərə" qarşı düşmənçilik aşılayan şüarlar səsləndirildiyini iddia edirlər. Hərçənd, radio Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqrımını törədən və minlərlə azərbaycanlını qadın, kişi, körpə demədən qətliam edən Ermənistan, eləcə də İran rejimlərinin Azərbaycan-Türk düşmənliyi barədə bir kəlmə də qeyd etməyib. 


Radio həmçinin iddia edir ki, guya "Türkiyə tərəfindən idarə edilən həmin pantürkistlərin çağırışlarına Güney Azərbaycandan çox az adam qoşulub". Halbuki, Tehran, Təbriz, Urmu və digər şəhərlərdən yayılan məlumatlarda İran rejiminin təhlükəsizlik qüvvələrinin yürüşə qatılmaq istəyənlərə əngəl törətdiyi, onları evlərində həbs və təhdid etdikləri, eləcə də yürüşlərin keçiriləcəyi ərazilərə gedən yolları bağladıqları deyilirdi. Bütün bu məhdudiyyətlər və təhdidlərə baxmayaraq, çəkilmiş video və fotolarda kifayət qədər güney azərbaycanlının yürüşlərə qatıla bildiyi müşahidə edilir. 


Güney Azərbaycan türklərinin Azərbaycana dəstəyi, Ermənistan işğalını və İranın rəsmi İrəvana dəstək göstərməsini pisləməsi ermənilər içərisində o qədər böyük təşviş və çaşqınlığa səbəb olub ki, bu ölkənin iranşünası Vartan Oskaniyan da məsələyə sərsəm ifadələrlə münasibət bildirib. 


"Qərbi və Şərqi Azərbaycan, eləcə də Ərdəbil əyalətlərinin əhalisi iranlıdırlar və onlar pantürkistlərin hiyləsinə uymazlar. Pantürkistlərin bu əyalətlərin əhalisi arasında yeri yoxdur və onların bütün addımları uğursuzluğa düçar olacaq", - deyə Vartan Oskaniyan iddia edib. 


Görünür, iranşünas ya güney azərbaycanlıların özlərini iranlı saymamalarından xəbərdar deyil, hansı ki, bu qeyri-mümkündür, ya da cəfəngiyyatları təbliğ etməklə, mövcud reallığın ermənilər arasında yaratdığı təlatümü yalanlarla sovutmağa cəhd göstərir. 


İstər İran, istərsə də Ermənistan mediasında Güney Azərbaycan Milli Hərəkatının Güney Azərbaycan türklərinin dəstəyi ilə təşkil etdiyi yürüşə qarşı bu cür cəfəng ifadələrlə dolu qarayaxma kampaniyasının təşkil edilməsi əslində görülən işlərin necə təsirli olduğunu nümayiş etdirir. Hər iki işğalçı rejim güneyli-quzeyli azərbaycanlılar arasında milli vəhdətin daha da güclənməsinin onların işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsinə yol açacağının iztirabını indidən hiss etməyə başlayıb.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda baş verən silahlı qarşıdurmada İran sərhədçisi həlak olub

2020-08-08

gun az article

Ərdəbil əyalətində daha 3 nəfər koronavirusdan ölüb, əlavə 25 nəfər xəstəliyə yoluxub

2020-08-08

gun az article

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında 15 nəfər yaralanıb, 1 nəfər ölüb

2020-08-08

gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05