SON XƏBƏRLƏR

Ermənistan NATO ilə Azərbaycana görə əməkdaşlıq edəcək

2021.10.20, 07:36
Ermənistan NATO ilə Azərbaycana görə əməkdaşlıq edəcək

Gunaz.tv

GünAz TV: Ermənistan hökuməti Rusiya ilə hərbi ittifaqa rəğmən NATO ilə sıx əməşdaşlığının səbəblərini açıqlayıb.

 

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan “Kommersant”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Yerevan NATO ilə Əfqanıstanda və Kosovoda mövcud sülhməramlı missiyalar çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindədir.

 

Qriqoryan bu əməkdaşlığın Ermənistan üçün faydasını Alyansla sıx əlaqəsi olan Azərbaycan hərbçilərinin belə işbirliyindən qazandığı təcrübənin eynisini erməni hərbçilərinin də qazanmaq imkanı əldə etməsindən ibarət olduğunu söyləyib. Bu isə, onun sözlərinə görə, Qarabağ münaqişəsində Azərbaycanla səmərəli mübarizə aparmağa yardım göstərir.  

 

“Azərbaycan zabitləri Türkiyədə təlim keçirlər. NATO ilə əməkdaşlıq edərək, biz bu strukturu, Azərbaycan ordusunun necə fəaliyyət göstədiyini anlamaq istəyirik”, - Qriqoryan deyib.

 

Qeyd edək ki, son illər ərzində Ermənistan NATO-nun təlim və proqramlarının fəal iştirakçısıdır. Ölkənin baş naziri Nikol Paşinyan isə, Moskvanın ciddi narazılığına rəğmən, NATO-nun 11-12 iyul tarixlərində Brüsseldə keçirilən sammitinə qatılmışdı.

 

NATO ilə sıx əlaqələrdən danışarkən, Qriqoryan Ermənistanın Kollektiv Təhlükəsizlik Sazişindən çıxmasını istisna edib: “Ermənistandakı inqilab xarici deyil, daxili dəyişikliklərə yönəlmişdi”.

 

Qriqoryan həmçinin bildirib ki, Yerevanın Qarabağa dair siyasəti artıq sadəcə “müdafiə” xarakterli deyil, “fəal müdafiə” kimi səciyyələndirilir:

“Bu isə o deməkdir ki, biz müəyyən önləyici addımlar ata bilərik”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar