Ermənistan vətəndaşı Azərbaycana keçib- VİDEO

2020-07-16 14:26

Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Gunaz.tv Quote | Gunaz article

"Report" xəbər verir ki, hərbçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 


Sardaryanın etiraflarını təqdim edirik:


Sual: Özünüzü təqdim edin.


Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram.


Sual: Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi? 


Cavab: Sərhədi əvvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıq və ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibətlər göstərdilər, atəş açmadılar.


Sual: Sərhəddi necə keçdiniz?


Cavab: Heyvanları otara-otara Azərbaycan postuna doğru yaxınlaşdım, hərbçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbçilər məni saxladılar.


Sual: Sizə qarşı hansı haqsızlıqlar olub? 


Cavab: Mənə qarşı çox haqsızlıqlar olub, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı, hər bir heyvan başına 20 000 dram pul istəyir. Əslində 2 000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə, şər ataraq həbs edəcəyi ilə hədələyir.


Sual: Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiniz?


Cavab: Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 2 000 hektar otlaq sahəsi üçün məndən 1 000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1 000 dollar pul vermişəm.


Sual: Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?


Cavab: Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər, həmin əraziyə digər yerli sakinləri buraxmırlar.


Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?


Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikdən geniş istifadə edilir. Orduda hərbçilərin narkotik yetişdirib satılmasına göz yumulur. Ümumiyyətlə, orada polis narkotikdən istifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotik yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir.


Sual: Sizin xidmət keçdiyiniz hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?


Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzirdakl 5060 saylı, Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrində xidmət keçmişəm, 2019-cu ildə Qubadlı rayonunda səfərbərlik toplantısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedir. Səfərbərlik toplantısında 700 nəfərin iştirakı nəzərdə tutulsa da, heç 200 nəfər də iştirak etmirdi.


Sual: Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?


Cavab: Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, oradan bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə, xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

CNN: Bayden və Putin İsveçrədə görüşəcək

2021-05-25

gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22