SON XƏBƏRLƏR

Ermənistana məhsul aparan İranın yük maşınları yenə iş başında- Video

2021.10.20, 07:36
Ermənistana məhsul aparan İranın yük maşınları yenə iş başında- Video

Gunaz.tv

GünAz TV: Sosial şəbəkələrdə yenidən İrandan Ermənistana yük daşıyan maşınların ard-arda sıraya düzülməsi ilə bağlı videolar yayılıb.

 

Görüntüləri çəkən İran rejiminin xidmətçilərindən olan sürücü Ermənistana daxil olan İran yük maşınlarının yubadıldığından şikayətlənir.

 

Videoda İran yük maşınlarının sürücülərinin Ermənistan tərəfində koronavirusa görə tibbi yoxlanışdan keçdiyi və nəticədə uzun müddət yubandıqları görünür.

 

 

Sürücü bu vəziyyətə etiraz etdiyini, bunu onları yoxlanışdan keçirən tibbi heyət və erməni polislərinə də dediyini qeyd edib. O, həmçinin bu vəziyyətdən şikayət edərək, erməni sürücülərin İrana rahat daxil olaraq, heç bir yoxlanışdan keçmədən məhsul alıb, öz ölkələrinə apardıqlarını deyir.

 

Onun dediklərindən müxtəlif məhsullarla dolu olan yük avtomobillərinin İrəvana getdiyi məlum olur.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl İranın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə yanacaq dolu maşınlar göndərdiyini əks etdirən video yayılmışdı. İşğal olunmuş bölgədə yaşayan erməni çəkdiyi həmin videoda qondarma rejimin "rəsmiləri"ni İrandan həmin yanacaqla birgə Qarabağa virus idxal etməkdə ittiham etmişdi. Bu məsələ həm güney, həm də quzey azərbaycanlıların kəskin etirazına səbəb olmuşdu. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov öz iranlı həmkarı Abbas Əraqçi və İranın Bakıda akkreditə edilmiş səfiri Cavad Cahangirzadə ilə telefon əlaqəsi yaradaraq, ölkəmizin etirazını onların diqqətinə çatdırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar