SON XƏBƏRLƏR

Ermənistanda öyrəncilərin etirazı davam edir

2021.10.20, 07:36
Ermənistanda öyrəncilərin etirazı davam edir

Gunaz.tv

GünAz TV: Ermənistanda öyrəncilərin hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması ilə bağlı etiraz aksiyaları davam edir.

 

Azvision.az xəbər verir ki, öyrəncilər Yerevan Dövlət Universitetində aclıq aksiyasına başlayıblar.

 

“Biz bununla hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübarizəni davam etdiririk”, - deyə “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib.

 

Qeyd edək ki, erməni öyrəncilər hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına qarşı Yerevan Dövlət Universitetinin, parlamentin, Müdafiə Nazirliyinin və Təhsil Nazirliyinin binaları qarşısında etiraz aksiyaları keçiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar