Ermənistanda seçkilər: Paşinyan qalib gəlib, müxalifət nəticələri tanımır

2021-06-21 09:25

İyunun 20-də Ermənistan Respublikasında parlament seçkiləri keçirilib. Azərbaycanla 44 günlük müharibədə məğlubiyyətə uğramış Baş nazir Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi, Rusiyapərəsrt revanşist qüvvələrin iqtidara gələcəyi gözlənilirdi.

Gunaz.tv Quote | Gunaz article

Seçkidə əsas mübarizə də Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvələrlə sabiq prezident Robert Köçəryanın başçılıq etdiyi blok arasında gedirdi. Gözlənildiyinin əksinə olaraq Paşinyanın rəhbərlik etdiyi qüvvələr seçkidə üstünlük qazanıb. Bunu açıqlana rəsmi nəticələr də göstərir. 

Ermənistan Mərkəzi Seçki Komissiyasının bu gün saat 08:00-a olan məlumatına görə, bülletenlərin 100%-i artıq sayılıb. Bu, bütün 2008 seçki məntəqəsində səslərin hesablandığı deməkdir.

Ermənistan mətbuatı xəbər verir ki, son nəticələrə görə, baş nazir əvəzi Nikol Paşinyanın "Vətəndaş sazişi" partiyası növbədənkənar parlament seçkilərində səslərin 53,92%-ni (687251) toplayıb. 


Eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku 21,04% (286165) səslə ikinci yerdə gəlir.

Serj Sarkisyan və Artur Vanetsyanın “Şərəfim var” blokuna 5,23% (66633), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,96% (50416) seçici səs verib.
 

Paşinyan tərəfdarları artıq qələbəni bayram edərkən, əsas müxalifət alyansı olan “Ermənistan” bloku nəticələri rədd edib.


Yeri gəlmişkən, ATƏT-in beynəlxalq müşahidəçiləri iyunun 21-də səsverməyə dair ilkin dəyərləndirmə yayacaqlar.

Bu seçkilərdə 21 partiya və 4 blok iştirak edib.

Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.


Hazırkı nəticələr:


"Vətəndaş sazişi" partiyası - 53,92%,

"Ermənistan" bloku -21,04%,

"Şərəfim var" bloku - 5,23%,

Çiçəklənən Ermənistan partiyası - 3,96%,

"Respublika" partiyası – 3,04%,

Erməni Milli Konqres partiyası – 1,54% ,

"İşıqlı Ermənistan" partiyası – 1,22%
Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku – 1,20%,

"Milli Demokrat Qütb" partiyası – 1,20%,


"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası – 1,2%,

Liberal Partiya – 1,05%  (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31