SON XƏBƏRLƏR

Ermənistanı şok gözləyir

2021.10.20, 07:36
Ermənistanı şok gözləyir

Gunaz.tv

GünAzTv: Tezliklə Azərbaycan bütün regionu heyrətə salacaq müdafiə təyinatlı məhsullar istehsal edəcək.

 

Bu yaxınlarda Azərbaycan bütün regionu heyrətə salacaq müdafiə təyinatlı məhsullar istehsal edəcək. Bu məhsullar mart ayına kimi işə düşəcək 8 yeni istehsal sahəsində buraxılacaq. Artıq bu istiqamətdə son hazırlıq işləri görülür. 2011-ci ildə Azərbaycan regionda hərbi üstünlüyünü indiyədək olmayan qədər möhkəmləndirəcək. Artıq Nazirlik ordunu aviasiya bombaları, snayper tüfəngləri, atıcı və yüngül artilleriya silahları, onların döyüş sursatları, NATO standartlarına uyğun tapançalar, qumbaraatanlar, seysmik minalar, tank əleyhinə müxtəlif növ minalar, kəşfiyyat vasitələri, zirehli maşınlar və digər məhsullarla təmin edir. Müdafiə sənayesi naziri Yavər Camalov ANS-ə eksklüziv müsahibəsində bu il istehsal olunacaq yeni müdafiə təyinatlı məhsulların bəzilərinin adlarını da açıqlayıb.Nazir Yavər Camalov bildirib ki, istehsal üçün tank və artilleriya silahları üçün döyüş sursatları revalver tipli 40-46 mm-lik qumbaraatanlar və onların döyüş sursatları, 107 mm-lik reaktiv qurğular və onların döyüş sursatları, 122 mm-lik raketlər, tank əleyhinə lazer başlıqlı raketlər, müxtəlif növ barıtlar istehsal etmək üçün 5 barıt zavodunun tikintisi, eləcə də trotil və geksagen və digər partlayıcı maddələrin istehsalı üçün yeni zavodların tikintisi, helikopterlərdə quraşdırılacaq lazer başlıqlı raketlərin istehsalı nəzərdə tutulub: “Biz bu işlərlə demək olar ki, regionu heyrətləndirəcəyik”. Təkcə ötən il istehsal olunan müdafiə təyinatlı məhsulların həcmi 2009-cu illə müqayisədə 2,6 dəfə artıb. Mövcud hərbi texnika, silah-sursatın saz vəziyyətə gətirilməsi üçün görülən işlərin həcmi isə 7 dəfə çoxalıb. Nazirlik bu ilə istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidlərini də genişləndiriləcək. Bu rəqəm ilin sonuna kimi 413-dən 470-ə çatdırılacaq. Bundan başqa, çeşidlər üzrə sifarişlərdə də artım var. 2011-ci ildə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Nazirliyinə ötən ilə nisbətən 7,1 dəfə artıq sifariş verdiyini deyən nazir Yavər Camalov bildirib ki, bu sifarişin yerinə yetirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi artıq 3 növbəli iş rejiminə keçəcək. Bütün əvvəlki illərdə görülən işlər və bu il gələcəkdə görülən işlər ordumuzun daha da güclənməsinə xidmət edəcək. Ermənistan tərəfinin son vaxtlar müxtəlif səviyyələrdə hərbi bəyanatlar səsləndirməsinə gəlincə, nazir bunu qorxu içərisində olan qarşı tərəfin yaranmış reallığı daxildə pərdələmək cəhdi ilə izah edir : “Ermənistan ordusu demək olar ki, SSRİ vaxtından qalmış köhnə hərbi texnika və silah sursatla təmin olunub. Ancaq Azərbaycan ordusu müasir döyüş tələblərini həyata keçirən aviasiya zirehli texnika və beynəlxalq standartlara cavab verən silah-sursatla təmin olunub. Reallığa söykənmək lazımdır. Bu gün Azərbaycan ordusu öz torpaqlarını qısa müddətdə azad etməyə qadirdir”. Qeyd edək ki, bu il Azərbaycan bir sıra beynəlxalq hərbi sərgilərdə də iştirak edəcək. Dünya bazarına çıxarılacaq silahların çeşidləri də artırılacaq. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar