SON XƏBƏRLƏR

Ərtoğrul Sağlamı qarşılama mərasimində Azərbaycan rəqsi nümayiş etdirilib, milli şüarlar səsləndirilib – VİDEO

2021.10.20, 07:36
Ərtoğrul Sağlamı qarşılama mərasimində Azərbaycan rəqsi nümayiş etdirilib, milli şüarlar səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, yanvarın 19-da  “Traxtur”un yeni baş məqçisi türkiyəli mütəxəssis Ərtoğrul Sağlam komandanı çalışdırmaq məqsədi ilə  Təbrizə gəlib, o hava limanında minlərlə “Traxtur” tərəfdarı tərəfindən böyük coşqu ilə qarşılanıb.

 

Komanda tərəfdarları yeni baş məşqçinin Təbrizə gəlişi münasibəti ilə şənlik edib, Azərbaycan rəqsi nümayiş etdiriblər.

 

https://www.youtube.com/watch?v=ZxaIvexvQzI

 

Bir qrup komanda tərəfdarı isə “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” kimi şüarlar səsləndirərək türk cəmiyyətlərinin birliyini tələb ediblər.

 

https://www.youtube.com/watch?v=scV_CwtNzIo

 

Bəziləri isə üzərində “Xoş gəldin Ərtuğrul Sağlam” sözü yazılmış kağızlar nümaiş etdiriblər.

 

Azərbaycan klubunun tərəfdarları türkiyəli futbol tamaşaçılarının (azarkeş) şüarlarına uyğun olaraq “Ərtoğrul Sağlam – Adam gibi adam” şüarı da səsləndiriblər.

https://www.youtube.com/watch?time_continue=3&v=X5hNeHCOmhA

 

Soydaşlarımızın coşqulu və izdihamlı qarşılama mərasimindən duyğulanan baş məşqçi “Tractor-club” saytına bildirib ki, mən “Traxtur”un olduqca sevimli bir komanda olduğu haqda İstanbulda eşitmişdim.

““Traxtur”un coşqulu tərəfdarları haqda məlumatım var idi. Buna baxmayaraq yenə də qarşılama mərasimini görüncə təəccübləndim və sevinc hissi keçirdim. Mənim üçün belə bir klubda fəaliyyət göstərmək böyük fəxrdir və üzərimə düşən məsuliyyətin ikiqat artdığını hiss edirəm. Hesab edirəm ki bu komanda tərəfdarlarının qarşısında çox məsuliyyətli olmalıyam. “Traxtur” hazırda yaxşı vəziyyətdə deyil. Biz daha yüksək pillələrdə qərarlaşmağa çalışmalıyıq, bu belə də olacaq. Bu işdə “Traxtur” tərəfdarları da öz sevimli komandalarına dəstək versinlər. Belə bir dəstəyə ehtiyac var”- deyə o açıqlamasının bir hissəsində qeyd edib.

 

Ə.Sağlam İnstagram səhifəsində Azərbaycan komandası tərəfdarlarına möhtəşəm qarşılama mərasiminə görə öz təşəkkürünü bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar