SON XƏBƏRLƏR

Əsədin hərbi bazasını İsrail bombalayıb - Ölənlərdən ikisi İranın hərbi müşaviridir

2021.10.20, 07:36
Əsədin hərbi bazasını İsrail bombalayıb - Ölənlərdən ikisi İranın hərbi müşaviridir

Gunaz.tv

GünAz TV: Suriyanın Homs əyalətinin Palmir rayonunda yerləşən "Tayfur” ("T-4”) bazasına İsrail Hərbi Hava Qüvvələrinə məxsus 2 "F-15” təyyarəsi zərbələr endirib.

 

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, aprelin 9-da İsrailə məxsus 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan (Lübnan) ərazisindən aviabazaya 8 idarəolunan raket atıb.

 

Suriya Hava Hücumundan müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiya hərbçilərinin məlumatına görə, üç raket aerodromun qərb hissəsinə düşüb. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.

 

"Ria Novosti”-nin yaydığı məlumata görə, raket zərbələri nəticəsində 14 hərbçi həlak olub. Ölənlərin 12-si suriyalı hərbçi, ikisi isə İrandan olan hərbi müşavirlərdir. xezerxeber.az 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar