SON XƏBƏRLƏR

Əsgər Fərəci və Aydın Quluzadə erməni işğalçılığına etiraz etdikləri üçün saxlanılıb – Tehranda / VİDEO

2021.10.20, 07:36
Əsgər Fərəci və Aydın Quluzadə erməni işğalçılığına etiraz etdikləri üçün saxlanılıb – Tehranda / VİDEO

Gunaz.tv

GünAz TV: Aprelin 24-də Tehranda erməni işğalçılığına etiraz edən iki azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Məlumata görə, çərşənbə axşamı günü uydurma erməni soyqırımı bəhanəsi ilə Tehran xiyabanlarında yürüş keçirilib. Eyni vaxtda Əsgər Fərəci və Aydın Quluzadə adlı iki azərbaycanlı fəal əllərində Ciloluq faciəsi və Dağlıq Qarabağla bağlı plakatlar qaldıraraq erməni işğalçılığına qarşı şüarlar veriblər.

 

Ermənilərin antitürk yığıncağına etiraz edən fəallar gur səslə “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndiriblər. Onlar bundan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

https://www.youtube.com/watch?time_continue=26&v=Kfj-3MVaSNA

 

 

Ermənilər hər il paytaxt Tehranda uydurma erməni soyqırımının ildönümü kimi qəbul etdikləri “24 aprel”də Türkiyəyə qarşı oxşar yürüş-mitinqlər həyata keçirir. Bütün bunların İran rejiminin dəstəyi ilə baş verdiyi kimsəyə gizli deyil. Hər il ermənilərin etiraz yığıncağı keçirildiyi zaman bir neçə azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar