SON XƏBƏRLƏR

"İran bölgə və dünya üçün təhlükə mənbəyidir"-Netanyahu

2022.12.16, 14:00
"İran bölgə və dünya üçün təhlükə mənbəyidir"-Netanyahu

Gunaz.tv

İsrailin Knesset seçkilərində qalib gələn koalisiyanın rəhbəri və bu ölkədə baş nazir kimi üçüncü dəfə hökumətə rəhbərlik etməyə hazırlaşan Benyamin Netanyahu İranı bölgə və dünya üçün təhlükə adlandırıb.

Netaniyahu İran və ona bağlı proksi qruplaşmaların İsraillə bölgə ölkələrinin münasibətlərinin normallaşmasına mane olaraq Orta Doğuya hakim olmaq istədiklərini deyib.

Netaniyahu İranla İsrailin münasibətlərinin qurula biləcəyi ehtimalını qəti şəkildə rədd edib.

O, İranın İsrail dövlətini məhv etmək istədiyini açıqca bəyanat etdiyi üçün belə bir münaibətin qurulmasının mümkün olmadığını bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar