SON XƏBƏRLƏR

Etiraz aksiyalarında çox sayda azərbaycanlı öyrənci saxlanılıb: Təbriz, Urmiyə və…

2021.10.20, 07:36
Etiraz aksiyalarında çox sayda azərbaycanlı öyrənci saxlanılıb: Təbriz, Urmiyə və…

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif universitetləri, xüsusi ilə də Təbriz və Urmiyə universitetlərinin bir neçə öyrəncisi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlardan bir neçəsinin kimliyi müəyyən edilib.

 

Öyrəncilər İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

 

Məlumata görə, yanvarın 5-də təhlükəsizlik qüvvələri Təbriz İncəsənət Universitetinin öyrəncisi, “Camiə” öyrənci dərgisinin direktoru Aydın Möhsünnəjadı yaxalamaq məqsədi ilə onun Xoy şəhərində yerləşən ata evinə müraciət ediblər, lakin azərbaycanlı öyrənci evdə olmadığından onu yaxalamaq mümkün olmayıb. Məhkəmə hökmü təqdim etmədən evə daxil olan təhlükəsizlik qüvvələri fəalın atasını yaxalayıb özləri ilə naməlum istiqamətə aparıblar. Məmurlar fəalın ailə üzvlərinə bildiriblər ki, Aydın idarəyə müraciət etməyənə qədər onun atası müvəqqəti olaraq saxlanılacaq.

 

Məlumata görə, təhlükəsizlik qüvvələr evdə axtarış aparıb, fəalın bir çox şəxsi əşyasını özləri ilə götürüblər.

 

Bu zəmində yayılan digər xəbərə görə, Təbriz və Urmiyə Universitetlərinin öyrənciləri Neda Əhmədi və Seyvan Kəlami 2017-ci il dekabrın 31-də Urmiyədə keçirilən aksiya zamanı yaxalanıb, bu günə qədər qeyri-müəyyən vəziyyətdə saxlanılır. Təhlükəsizlik qüvvələrinin Təbrizdə universitet öyrəncisi Fərzam Moininin də evinə müraciət etdikləri bildirilir.

 

Saxlanılan öyrəncilər arasında Əli Qədiri, Əlirza Moiniyan və Meysəm Şərifin də adları çəkilir.

 

Son məlumata görə, ötən günlərdə İran şəhərlərində keçirilən etiraz aksiyalarında 2094 nəfər saxlanılıb, onlardan 90-nı öyrəncidir. Aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsindən 20-dən çox insan həlak olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar