SON XƏBƏRLƏR

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib: Sulduzlu öyrənci...

2021.10.20, 07:36
Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib: Sulduzlu öyrənci...

Gunaz.tv

GünAz TV: Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha birinin kimliyi müəyyən edilib.

 

Tehranda öyrənci olan sulduzlu Sepidə Həsəni təhsil aldığı şəhərdə keçirilən aksiyada təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. Gənc öyrəncinin cənazəsi doğulduğu şəhər Sulduza intiqal edilib və həmin şəhərdə dəfn olunub.

 

İranda internet bağlantısı bərpa olunduqdan sonra bu günədək etiraz aksiyalarında öldürülən güney azərbaycanlılardan 6-nın kimliyi müəyyən edilib.

 

Bundan əvvəl xəbər verdiyimiz kimi, Zəncanda keçirilən aksiyalarda Əmir Hüseyn Abbasi, Ərdəbildə Seyid Əli Fətuhi Kuhsare və Təbrizdə Əli Hüseyninin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü məlum olub.

 

Həmçinin əslən Qərbi Azərbaycan Əyalətinin tikantəpə şəhərindən olan 20 yaşlı Hadi Qurbani Tehranın Nəsimşəhr və Ərdəbil Əyalətinin Parsabad şəhərindən olan 13 yaşlı Əmir Rza Abdullahi Tehranın İslamşəhr məhəlləsində keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib.

 

 

 

Əslində etirazlar zamanı çox sayda Azərbaycan türkləri öldürülüb, lakin hələlik onların hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar