SON XƏBƏRLƏR

Etirazlara görə Güney Azərbaycanda təqiblər davam edir, saxlanılanlar var

2021.10.20, 07:36
Etirazlara görə Güney Azərbaycanda təqiblər davam edir, saxlanılanlar var

Gunaz.tv

GünAz TV: Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra aksiya iştirakçılarına qarşı təqiblər dalğası davam edir.

 

Həmədan Əyaləti Polis İdarəsinin rəisi çərşənbə günü verdiyi açıqlamada təmsil etdiyi əyalətdə 5 nəfərin saxlandığını bildirib.

Bəxşəli Kamrani Saleh saxlanılanları iğtişaşçı adlandıraraq onların internetdə əhalini etirazlara təhrik etməklə bağlı yalan məlumat yaymaq ittihamı üzrə saxlandığını deyib.

 

Çərşənbə günü Zəncan Əyaləti Polis İdarəsinin rəisi də Zəncanda keçirilən etiraz aksiyaları ilə bağlı 5 nəfərin yenicə saxlandığını qeyd edib. Rəhim Cahanbəxş tutulanların iğtişaş yaratmaq və dövlət əmlakını təxrib etməkdə şübhəli bildiyini deyib.

 

Noyabrın 27-də verilən açıqlamaya görə, Qəzvin Əyalətində də 15 nəfərin saxlandığı məlum olub.

Qəzvin Əyaləti Polis İdarəsinin rəisi Mehdi Haciyan bu barədə məlumat verərək bildirib ki, tutulanlar aksiya zamanı yanacaq məntəqələrinə hücum edib, onlar bu ittiham üzrə saxlanılıb.

 

İki gün əvvəl Güney Azərbaycanın digər əyalətləri, o cümlədən Şərqi Azərbaycan Əyalətində də etirazlarla əlaqədar bir neçə nəfərin yaxalandığı açıqlanmışdır.

 

Bundan əlavə, kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla milli-mədəni fəal tutulub. Təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbir kimi güneyli fəalları saxlamışdır. Tutulan fəallardan təxminən 30-nun kimliyi müəyyənləşib.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar