SON XƏBƏRLƏR

ETTELAAT-da hərəkatçılara işgəncələr verilib

2021.10.20, 07:36
ETTELAAT-da hərəkatçılara işgəncələr verilib

Gunaz.tv
ETTELAAT-da hərəkatçılara işgəncələr verilib Əsgər Əkbərzadə və Seyid Hüseyni döyülüblər Güney Azərbaycan Milli Hərakatının fəallarına qarşı təzyiqlər davam edir. Güney Azərbaycan Milli Oyanış Hərakatının Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Ərdəbil Hərəkat fəalı, tələbə Əsgər Əkbərzadə və Seyid Hüseyni ETTELAAT həbsxanasında ağır işgəncələrə məruz qalıb. Məlumata görə, şübhəli qismində təcridxanaya aparılan hərəkatçılar ağır fiziki təzyiqlərə məruz qalıb, döyülüblər. Milli fəalların ailələri onların durumunun təhlükəli olduğunu bildiriblər. Panfarsist rejimin Milli Hərəkat fəallarına qarşı qeyri-insani basqıları davam edir. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar