SON XƏBƏRLƏR

ETTELAAT İdarəsi Azərbaycan Milli Hərəkatı fəallarını təhdid edir

2021.10.20, 07:36
ETTELAAT İdarəsi Azərbaycan Milli Hərəkatı fəallarını təhdid edir

Gunaz.tv

GünAz TV: Son vaxtlar Təbrizin Ettelaat İdarəsi Azərbaycan Milli Hərəkatı fəallarına qarşı təzyiqləri artırıb.

 

Bu barədə bir neçə azərbaycanlı fəal GünAz TV-yə məlumat verib. Davamlı olaraq Ettelaat İdarəsinə çağırılan fəalların ailə üzvlərinə də təzyiq edilir. Fəalların sözlərinə görə, Ettelaat əməkdaşları onları təhdid edərək gündəlik peşə fəaliyyətlərinə əngəl törədirlər.

 

Məlumata görə, Ettelaat İdarəsinə çağırılan fəallara psixoloji təzyiq edilir. Onlara bildirilir ki, idarəyə çağırılmaqla bağlı heç yerdə danışmasınlar. Bəzi fəallar isə Ettelaat əməkdaşları tərəfindən telefonda sorğu-suala tutulur və təhdidə məruz qalır. Həmçinin onlara bildirilir ki, imkan daxilində evdən çölə çıxmasınlar, əks halda saxlanıla bilərlər.

 

Fəallar edilən təzyiqlərlə bağlı bir-biri ilə danışdıqdan sonra çox sayda fəalın Ettelaat İdarəsinə çağırıldığı məlum olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar