GünAz TV: İranın ETTELAAT Nazirliyi "Ceyşül-ədl" qruplaşmasının liderlərindən hesab edilən İlyas Naruyini öldürdüyü barədə bəyanat yayıb.
Bəyanata əsasən, sözügedən şəxs dünən ETTELAAT-ın Sistan və Bəluçistan əyalətində keçirdiyi əməliyyat nəticəsində qətlə yetirilib.
ETTELAAT Nazirliyi iddia edir ki, İlyas Naruyi "Ceyşül-ədl" qruplaşmasının Nikşəhrdə "Sepah" terror təşkilatına qarşı keçirilmiş hücum, eləcə də Xaş- Zahidan yolunda "Sepah" üzvlərini daşıyan avtobusun partladılması kimi hücumlarında aktiv fəaliyyət göstərib.
Xatırladaq ki, 2019-cu ilin fevral ayının 16-da Xaş- Zahidan yolunda "Sepah" üzvlərini daşıyan avtobusun partladılması nəticəsində 27 "sepahçı" həlak olmuş, 12-si yaralanmışdı.
Ə.A