ETTELAAT Nazirliyi: “Əhvazda hərbi parada hücumda əli olan 22 nəfər həbs edilib”

25.09.2018, 11:01

GünAzTV: İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) sentyabrın 24-də bəyanat yayaraq dörd gün əvvəl Əhvaz şəhərində keçirilən hərbi parada hücumda rolu olan onlarla şəxsin yaxalanmasından xəbər verib.

 

Bəyanatda bildirilir ki, “Sepah”ın və ordunun birgə keçirdiyi hərbi parada hücumun təşkilində günahlandırılan şəxslər Əhvaz şəhərində həbs edilib: “Hücumda əli olan 22 nəfər həbs edilib. Həmin şəxslərin evlərində axtarış aparılarkən bir sıra partlayıcı maddələr, silah-sursat və digər hərbi avadanlıqlar aşkarlanaraq götürülüb. Həbs edilənlər, bölgənin mürtəce ərəb ölkələri tərəfindən dəstəklənən separatçı təkfirçilərdir. Faktla bağlı araşdırma aparılır”.

 

ETTELAAT-ın yaydığı bəyanatda həbs edilən şəxslərin adları açıqlanmayıb.

 

 Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Dörd silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıb. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 60-a yaxın insan yaralanıb.

 

 

İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı hücumun məsuliyyətini üzərinə götürsə də, sonradan həmin cərəyanın bununla bağlı yayılan məlumatları təkzib etməsi barədə ziddiyyətli məlumatlar yayılıb. Hadisədən az sonra İŞİD terror qruplaşması bəyanat yayaraq, hərbi parada silahlı hücumun məsuliyyətini üzərinə götürüb və bununla bağlı bir video da yayıb.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24