SON XƏBƏRLƏR

ETTELAAT rəhbəri: “Dövlət qurumlarında çalışan onlarla casusu həbs etmişik”

2021.10.20, 07:36
ETTELAAT rəhbəri: “Dövlət qurumlarında çalışan onlarla casusu həbs etmişik”

Gunaz.tv

GünAzTV: İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi avqustun 28-də dövlət televiziyasına açıqlamasında dövlət qurumlarında çalışan və xarici dövlətlərə casusluqda şübhəli bilinən onlarla şəxsin həbs edilməsindən danışıb.

 

Tutulanların adlarını, nə vaxt həbs edildiklərini və onların hansı xarici ölkələrin xeyrinə casusluq etdiyini açıqlamayan Ələvi bildirib ki, ETTELAAT Nazirliyinin casusluğa qarşı mübarizə bölməsi, onun rəhbərlik etdiyi nazirliyin ən güclü və mühüm bölmələrindən biri sayılır: “Biz, dövlət qurumlarında çalışan onlarla casusun kimliyini müəyyənləşdirərək həbs etmişik. Biz, həmçinin casusluq etməyə potensial imkanı olan çoxlu şəxslərə qarşı nəzarəti gücləndirmiş, onları daima göz altında saxlamış, vaxtı çatanda onlara qarşı hərəkətə keçmişik. Lakin bunların detallarını açıqlamağa ehtiyac yoxdur. Biz, düşmənlərin bu sahədə hər hansı bir addım atmasına imkan verməyəcək, onların qarşısını alacağıq.

 

Biz, qanunun qoyduğu qadağaya görə, ikili vətəndaşlığı olan şəxslərin dövlət qurumlarında işləməsinin qarşısını alır, rəhbər vəzifələrdə çalışanlardan kiminsə ikili vətəndaşlığa malik olduğunu öyrənən kimi, həmin şəxsi işdən çıxarırıq. Biz, dəfələrlə insanlara müraciət edərək onlardan istəmişik ki, əgər dövlət qurumlarında çalışan və ikili vətəndaşlığı olan şəxsləri tanıyırlarsa, bu barədə bizə məlumat versinlər”.

 

 

Qeyd edək ki, İran ikili vətəndaşlığı qəbul etmir. İran qanunlarına görə, əgər hər kəs xarici bir ölkənin vətəndaşlığını qəbul edirsə, İran vətəndaşlığını tərk etməlidir. Lakin buna baxmayaraq, adətən bu qanuna, yəni ikili vətəndaşlıq qadağasına riayət edilmir, bir çox hallarda əməldə yerinə yetirilmir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar