SON XƏBƏRLƏR

ETTELAT Naziri Həmas üzvləri ilə görüşüb

2021.10.20, 07:36
ETTELAT Naziri Həmas üzvləri ilə görüşüb

Gunaz.tv

GünAz TV: İranın Kəşfiyyat Naziri (ETTELAT-red) Mahmud Ələvi Livanda Həmas terror təşkilatının üzvləri ilə görüşüb.

 

Görüşdə Həmas tərəfdən təşkilatın siyasi qolunun rəhbərinin müavini Saleh Əl-Aruri, siyasi qolun üzvü Hisam Bədran, xarici siyasət üzrə katib Üsamə Həmdan və Həmasın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi iştirak ediblər.

 

Görüş zamanı Amerika Birləşmiş Ştatlarının İsrail ilə fələstinlilər arasında sülh və barışıq yaratmaq üçün göstərdiyi təlaşlar müzakirə mövzusu olub. Mahmud Ələvi və Həmas üzvləri ABŞ tərəfindən irəli sürülmüş “əsrin müqaviləsi”nin İsrail və fələstinlilər arasındakı münasibətləri adiləşdirmək üçün nəzərdə tutulduğu əsas gətirərək, onun “qəbul edilməz” olduğunu deyiblər.

 

Görüş zamanı İsrailə qarşı yeni terror hücumları həyata keçirmək və İran tərəfindən təşkilata daha çox maliyyə ayrılması məsələləri də müzakirə edilən mövzulardan olub.

 

Qeyd etmək lazımdır ki, İran öz ekspansionist siyasətlərini həyata keçirmək və bu istiqamətdə ona əngəl olan dövlətlərin suverenliyini təhdid etmək üçün regionda fəaliyyət göstərən Həmas kimi müxtəlif terror təşkilatlarına hərbi və maddi yardım göstərir. Rəsmi Tehran hər il təkcə Həmasa silah-sursatdan əlavə, milyonlarla dollar nağd pul şəklində yardım ayırır. Eləcə də, cari ilin yanvar ayının sonlarında Qəzza zolağında İranın tikdirdiyi binada mənzillərin hamısı, yəni 125 ev Həmas üzvlərinə paylanmışdı. Mənzillərin paylanması zamanı çıxış edən təşkilatın rəsmiləri İranın gələcəkdə də Həmas üzvləri və digər fələstinlilər üçün pulsuz binalar tikəcəyini bildirmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar