SON XƏBƏRLƏR

NATO çevik qüvvələrinin sayını 40 mindən 300 minə qaldırır- Stoltenberq

2022.06.27, 16:48
NATO çevik qüvvələrinin sayını 40 mindən 300 minə qaldırır- Stoltenberq

Gunaz.tv

Bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, alyansın Madriddə keçiriləcək sammitində NATO-nun yeni təhlükəsizlik konsepsiyası qəbul ediləcək və bu konsepsiyada Rusiya təşkilatın tərəfdaşı kimi deyil, təhlükə kimi tanınacaq: “Liderlər mövcud təhlükəsizlik vəziyyətini əks etdirəcək yeni strateji konsepsiyanı təsdiq edəcəklər. 

Orada Rusiya bizim təhlükəsizliyimiz üçün əhəmiyyətli təhdidlərdən biri kimi göstəriləcək”.

Hazırda NATO-nun çevik reaksiya qüvvələrinin sayı 40 min nəfərdir. Çevik reaksiya qüvvələri iştirakçı dövlətlər tərəfindən alyansın əməliyyat komandanlığının sərəncamına verilmiş hərbi qüvvədir və NATO əməliyyatlarına operativ dəstək məqsədi daşıyır. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar