Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14 10:03

Bu gün iyunun 14-ü səhər saatlarından Tehranın Evin həbsxanasında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başlayıblar. 

Gunaz.tv Quote | Gunaz article

Bununla da Ərdəbil və Tehran həbsxanalarında aksiya keçirənlərin sayı 8 nəfərə çatıb.

Qeyd edək ki, iyunun 12-dən aclıq edən Abbas Lisani və Yusif Kari iyunun 13-ü səhər saatlarından quru aclıq aksiyasına başlayıb. 

Onlara dəstək üçün iyunun 13-ü Ərdəbil həbsxanasında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus, Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi aclıq aksiyasına qoşulub.

Hər 5 siyasi məhbus iyunun 13-ü, günortadan sonra həbsxananın karantin bölməsinə köçürülüblər. Fəalların ağır şərayiti və havasızlığı ilə ad çıxaran karantin bölməsinə köçürülmələri onların sağlamlıq durumları ilə bağlı narahatlığı daha da artırıb.

Xüsusilə müxtəlif xəstəliklərdən əziyyət çəkən Abbas Lisaninin karantin bölməsinə salınması, psixi işkəncə ilə yanaşı ona qarşı fiziki işgəncə kimi qəbul edilə bilər.

Qeyd edək ki, Abbas Lisani, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. 

Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.

C.E


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21