SON XƏBƏRLƏR

Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəallar bir-biri ilə görüşüb

2021.10.20, 07:36
Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəallar bir-biri ilə görüşüb

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi və İbrahim Nuri həbsxananın həyətində bir-biri ilə görüşüb.

 

Fəallar həbs müddətində birinci dəfədir ki, bir-birini görüb. Məlumata görə, Evin zindanında futbol yarışı keçirildiyi üçün şənbə günü bütün məhbuslar həbsxananın həyətinə çıxıb. Azərbaycanlı fəallar bu fürsətdən istifadə edərək qısa da olsa, bir-birləri ilə görüşüb və söhbət ediblər.

 

Hər iki fəal Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə qondarma ittihamlarla həbs cəzasına məhkum edilib. Zindanın 7-ci korpusunda saxlanılan İbrahim Nuri 4 aydan çoxdur həbsdədir. 8-ci korpusda saxlanılan Siyamək Mirzayi isə təxminən 26 aydır ki, Evin zindanında məhbus həyatı yaşayır.

 

İbrahim Nuri və Siyamək Mirzayi Güney Azərbaycanın tanınmış milli-mədəni fəalları sırasındadır. Onlar bundan əvvəl də dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar