SON XƏBƏRLƏR

Evin zindanında saxlanılan iki güney azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Evin zindanında saxlanılan iki güney azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında saxlanılan iki güney azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib.

 

Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlandıqdan 4 ay sonra iyunun 23-də Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunub.

 

Hakim Maşallah Əhmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ettelaat İdarəsinin eskpertləri də iştirak edib.

 

Tohid Əmir Əmini və Kiyanuş Aslani sistemin əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmədə günahlandırılıb. Beynəlxalq Ana Dili Günü ilə əlaqədar braşura hazırladıqlarına görə ağır ittihamlarla üzləşən fəallar özlərini müdafiə edərək irəli sürülün ittihamları rədd ediblər.

 

Fəalların dediyinə görə, məhkəmə prosesində ittihamlardan daha çox Ettelaat İdarəsinin ekspertləri tərəfindən verilən suallar ətrafında danışılıb. Ekspertlər fəalların milli birlik haqqında fikirlərini soruşaraq buna necə nail oluna biləcəyi barədə sual verib. Tohid Əmir Əmini ölkədə vətəndaş və etnik hüquqlarının sistemli şəkildə pozulmasını milli birlik ideyasının reallaşmasına ən böyük mane olduğunu bildirib.

Ettelaat ekspertləri hazırda Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda da fəallara sual ünvanlayıb. Abbas Lisaninin fəaliyyətini müdafiə edən Tohid Əmir Əmini və Kiyanuş Aslani vurğulayıb ki, Abbas Lisanilərin sayı gün keçdikcə artır. Ona görə ki, türklərin milli və dil hüquqlarını tələb edənlərin sayı hər gün çoxalmaqdadır.

 

Məhkəmə işinə baxılması üçün vaxt az olduğundan, hakim prosesi bir neçə gün sonraya təxirə salıb.

 

Tohid Əmir Əmini və Kiyanuş Aslani fevral ayında Beynəlxalq Ana Dili Günü mərsimi ilə əlaqədar Tehranda saxlanılaraq Evin zindanına intiqal edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar