SON XƏBƏRLƏR

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022.05.20, 11:52
Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

Gunaz.tv

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə nazirlər, iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıblar.

İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib.

Tərəflər cari ilin 01-03 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyəti, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu xüsusi qeyd ediblər.

Görüş çərçivəsində tərəflər, həmçinin digər qarşılıqlı maraq doğuran məsələrlər ətrafında fikir mübadiləsi aparıblar. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar