Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb

22.01.2022, 18:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Malayziya arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və dost Malayziya ilə mövcud olan siyasi dialoqun tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib. 

Nazir, Malayziyanın həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvilərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi minnətdarlıqla vurğulayıb. Xüsusilə, 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın dəstəyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qeyd edilib.

Nazir müavini Kamarudin Caffar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədrinin müavini, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və xarici siyasət məsələləri şöbəsinin müdiri ilə keçirilmiş ikitərəfli görüşlərdən məmnunluqla bəhs edib.

O, iki ölkə arasında son 30 ilə yaxın bir müddətdə əlaqələrin çox yaxşı inkişaf etdiyini söyləyib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret sahələr üzrə birgə fəaliyyətin irəli aparılmasının vacib olduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə danışıb. 

Nazir, həmçinin həmsöhbətinə münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib və yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağımızı qeyd edib.

Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09