Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı bildirib.
“Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması nəinki Azərbaycan üçün, Ermənistan üçün də yeni iqtisadi imkanlar açır” – deyən nazir həmin ərazilərdə bərpa və yenidənqurma işlərini qarşıdakı illərdə hökumət üçün başlıca vəzifələr arasında göstərib.
2021-ci ildə azad edilmiş ərazilərdə görülən işlərə dövlət büdcəsindən 1,3 milyard dollar sərf olunduğunu diqqətə çatdıran nazir Ermənistan tərəfindən basdırılmış minalar səbəbilə məcburi köçkünlərin qayıtmasının xeyli ləngidiyini də vurğulayıb.
Ayxan