SON XƏBƏRLƏR

Ceyhun Bayramov: "Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırıq"

2022.05.12, 13:45
Ceyhun Bayramov: "Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırıq"

Gunaz.tv

“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - C.Bayramov bildirib.

XİN başçısı eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.

Qeyd edək ki, bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov əvvəlcə rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirib.

Daha sonra Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar