SON XƏBƏRLƏR

Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

2023.03.29, 09:05
Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan nefti İsrailin istehlak etdiyi neftin təxminən 30%-ni təşkil edir. İsrail Azərbaycandan xeyli miqdarda neft məhsulları ixrac edir”, - o deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir:

“Bərpa olunan enerji mənbələri iqtisadiyyatı inkişaf etdirmək səylərimizə əhəmiyyətli təkan verəcək. Bu baxımdan, İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir”.

Nazir əlavə edib ki, Azərbaycan İsraildən yeni texnologiyalar, innovasiyalar, intellektual mülkiyyət və süni intellektə əsaslanan investisiyaların cəlb edilməsində çox maraqlıdır. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar