SON XƏBƏRLƏR

Ceyhun Bayramov: "Azərbaycan yeni dünya nizamının yaradılmasını təklif edir"

2021.11.04, 13:05
Ceyhun Bayramov: "Azərbaycan yeni dünya nizamının yaradılmasını təklif edir"

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

“Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmadığını gördük. Bu da BMT-yə qarşı olan etimadın azalmasına gətirib çıxarmışdı.

Biz bütün beynəlxalq ictimaiyyətə yeni dünya nizamının yaradılmasını təklif edirik. Eyni zamanda, hər bir qəbul edilən qətnamənin yerinə yetirilməsi vacibdir. Biz BMT-nin daha səmərəli olmasında maraqlıyıq”, - o vurğulayıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar