SON XƏBƏRLƏR

Əli Xameneyinin qısa bioqrafiyası-Onun azərbaycanlı və müctəhid olması barədə iddialar əsassızdır

2022.08.04, 09:48
Əli Xameneyinin qısa bioqrafiyası-Onun azərbaycanlı və müctəhid olması barədə iddialar əsassızdır

Gunaz.tv

Seyid Əli Xameneyi 1939-cu ilin 19 aprelində Məşhəd şəhərində anadan olub.

Atası Cavad Axundi İraqın Nəcəf şəhərində dünyaya gəlib, oradan Azərbaycanın Xamnə qəsəbəsinə, orada isə Məşhəd şəhərinə köçüb.

Seyid Cavad Axundi bir müddət Azərbaycanın Xamənəşəhərində yaşadığı üçün Azərbaycan dilini öyrənib və sonradan sənəddə soyadı Seyid Cavad Axundi Xamənə (Xameneyi) kimi qeyd edilib. 

Əli Xameneyi 6 sinif təhsil alıb. O, 1958-ci ildə Qum şəhərinə gedib və oarada dini təhsil almağa başlayıb.

Seyid Əlinin Qumdakı müəllimi və bacısının əri Şeyx Əli Tehrani onun təhsildə uğursuz və istedadsız olduğu barədə dəfələrlə danışıb.

Onun siyasi fəaliyyəti islam inqilabının lideri Ruhullah Xomeyninin şah rejiminə qarşı müxalifətçiliyə başlaması dövrünə təsadüf edir.

Əli Xameneyi  şah rejimi dövründə bir neçə dəfə həbs olunsada yalnız bir və iki gün içəridə qaldıqdan sonra sərbəst buraxılıb.

Onun ən uzun müddətli həbs həyatı 1974-cü ildə olub və 8 ay məhkumluq dövründən sonra yazılı öhdəlik götürdükdən sonra azadlığa çıxıb.

O, hazırda rejimə müxalif İran Xalq Mücahidləri Təşkilatı ilə də qısa müddətli əlaqədə olub.

İş adamlarının adı çəkilən təşkilata yardım üçün o vaxt yüksək məbləğ sayılan 50 min tüməni mənimsəyib.

Buna görə, Xalq Mücahidləri Təşkilatının rəhbər üzvlərindən sayılan və 1980-ci ildə İranda edam edilən Əli Zairiyan tərəfindən təhdid edildiyi üçün pulu geri verməyə məcbur olur.

 O, 1981-89 arası İran prezidenti olub və Xomeyninin ölümündən sonra rəhbər təyin edilib.

Əli Xameyinin 4 oğlu, 2 qızı var. Onların içində ən tanınmışı Müctəba Xameneyidir.

Müctəba Xameneyi SEPAH komandirlərinin bir neçəsi ilə birgə hökumət mafiyasına başçılıq edir.

Onun maliyyə, siyasət, müxaliflərin öldürülməsi və siyasi rəqiblərin aradan götürülməsində əhəmiyyətli rol oynadığı bildirilir.  

Bundan öncə Amerikanın Bağdaddakı səfirliyi Əli Xaməneinin sərvətinin 200 milyard dollar civarında olduğu ilə bağlı məlumat yayıb.

"Qalop" fondunun 2018-ci ildə açıqladığı rəy sorğusu və hesabatına görə, Əli Xamənei dünyada öz xalqının məişət problemlərinə qarşı ən laqeyd dövlət başçısı kimi təqdim olunub.

O, iddia edildiyi kimi müctəhid və mərcəi təqlid sayılmır və bu status ona müctəhidlik qaydalarına əsasən verilməyib.

1989-cu ildə Ruhullah Xomeyni öldükdən sonra siyasi dairələr Əli xaməneini bir gün içində "Höccətül islam" statusundan "Ayətullah" statusuna qaldırıb, islam qaydalarına zidd olaraq onu siyasi maraqlar üçün müctəhid elan etdilər. 

Buna görə də, bir çox müctəhidlər bu gündə Xaməneini bağışlamır, onu "mərcə-i təqlid" kimi tanımır və bu səbəbdən Əli Xaməneinin islam adı ilə verdiyi bəyanat və fətvaların heç bir əhəmiyyət daşımadığını bildirirlər.

Onun babalarının etnik mənsubiyyətinin araşdırıldığı və kökünün zeynəlabdin Səccada çatması ilə bağlı çoxsaylı yazılar olsada,  onların azərbaycanlı olduqları ilə bağlı heç əsaslı fakt yoxdur.

Bundan öncə İranın yarım rəsmi "İrna" xəbər agentliyi "hörmətli rəhbərin cəddinin Təfreşdə yerləşən məqbərəsi, imamzada Məhəmməd türbəsi təmir edilir" başlıqlı yazı dərc edib və açıqlamad Xaməneinin kökünün Zeynəlabdin Səccada bağlılığı ilə bağlı yazılıb.

 

Açıklama yok.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar